Təlafər İŞİD-dən azad edildi
Bizi izləyin

Dünya

Təlafər İŞİD-dən azad edildi

İraq qüvvələri Mosulun tərkibində olan Təlafər bölgəsini İŞİD terror təşkilatının işğalından azad edib.

Publika.az xəbər verir ki, İraq əsgərləri qələbə simvolu olaraq Təlafər qalasına öz bayraqlarını sancıblar.

Təlafər əməliyyatlarına rəhbərlik edən general-leytenant Əbdüləmir Yarullah verdiyi yazılı açıqlamada terrorla mübarizə qüvvələrinin Təlafər qalası və meşələlərinin İŞİD-dən tamamilə təmizləndiyini qeyd edib.

Təlafər əməliyyatı 20 avqust tarixində İraqın Baş Naziri Heydər Əl İbadinin əməliyyatlarla bağlı çıxışından sonra başladılmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm