Rusiyadan ƏKS HƏMLƏ: Müharibənin olmaması üçün İKİ VARİANT
Bizi izləyin

Dünya

Rusiyadan ƏKS HƏMLƏ: Müharibənin olmaması üçün İKİ VARİANT

Ukrayna hökuməti Donbasda müharibənin dayandırılmasının əlavə mexanizmlərinə baxır.

Publika.az xəbər verir ki, bunu NATO-da Ukrayna nümayəndəliyinin başçısı Vadim Pristayko “Azadlıq” radiosunun efirində deyib.

Onun sözlərinə görə, regionda sülhməramlıların yerləşdirilməsi prioritet variantdır.

“Əgər Minsk razılaşmaları üç il ərzində sülhə gətirib çıxarmadısa, Ukrayna hökuməti əlavə mexanizmləri qəbul etməlidir. Bu səbəbdən də istənilən formatda sülhməramlı güclərinin yerləşdirilməsindən danışırıq”, - Pristayko qeyd edib.

O, Ukraynanın iki variantın tətbiqinə baxdığını əlavə edib: “Variantlardan biri ATƏT-in missiyasının yüngül silahlarla silahlandırılmasıdır. Onlar özünü daha təhlükəsiz hiss etsinlər və lazım olan yerlərə baş çəkə bilsinlər. İkinci variant, Donbasda BMT-nin sülhməramlılarının yerləşdirilməsidir”.

Ancaq Pristayko vurğulayıb ki, Donbasda separatçıları dəstəkləyən Rusiya BMT-də belə təşəbbüsləri bloklayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm