Suriyalıların BAYRAM SEVİNCİ - - FOTO
Bizi izləyin

Dünya

Suriyalıların BAYRAM SEVİNCİ - - FOTO

Müqəddəs Qurban bayramını öz doğma məmləkətlərində keçirmək istəyən suriyalı qaçqınlar Kilis şəhərindəki sərhəd qapısında uzun növbələr yaradıblar.

Publika.az xəbər verir ki, bayram münasibətilə Suriyaya axışan 30 000 suriyalı artıq sərhədi keçib.

Qaçqınların ümumi sayı isə 47 000 təşkil edir. Bayram üçün şəhər qubernatorluğundan icazə alan qaçqınların sərhədi keçmək prosesi hazırda davam etməkdədir. Evinə qayıtmaq istəyən vətəndaşlar üçün sərhəd xəttində 7 nəzarət-yoxlama nöqtəsi təşkil edilib.

Qaçqınların böyük sevinc və coşğu ilə öz evlərinə doğru qaçması ayrıca diqqət çəkib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm