120 döyüşçü təslim oldu - HƏLƏBDƏ
Bizi izləyin

Dünya

120 döyüşçü təslim oldu - HƏLƏBDƏ

Suriyanın Hələb bölgəsində milli qüvvələrin qarşılıqlı razılaşması əsasında 120 nəfərlik döyüşçü qrupu döyüş silahlarını buraxaraq təslim olub.

Publika.az xəbər verir ki, qanundankənar qruplaşmanın üzvləri olan həmin döyüşçülər 1 saylı gərginliyi azaltma bölgəsinə təxliyə edilib. Təxliyə edilənlər Rusiya polsilərinin müşayətilə Suriya hökumətinin nəzarətindəki bölgəyə aparılıb.

Hələb şəhərinin meri və müftisi döyüşçülərin doğru yola addım atması və Suriya hökumətinin elan etdiyi əfvdən yararlanması üçün regional kanallar vasitəsilə video, broşürlər və SMS mesajlar yayıb.

Məlumatlandırma sayəsində silahını buraxmaq qərarı alan döyüşçülərin sayının getdikcə artdığı bildirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm