Mikroavtobus yük avtomobilləri ilə toqquşdu: 8 ölü, 4 yaralı
Bizi izləyin

Dünya

Mikroavtobus yük avtomobilləri ilə toqquşdu: 8 ölü, 4 yaralı

Sürücülər həbs olundu.

Böyük Britaniyada mikroavtobus iki yük avtomobili ilə toqquşub.

Publika.az xəbər verir ki, hadisə ölkənin cənub-şərqindəki Milton-Kins şəhərində baş verib. Qəza nəticəsində 8 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.

Ölənlərin və yaralananların hamısının mikroavtobusun sərnişinləri olduğu bildirilir. Nəqliyyat vasitələri yolun eyni hissəsi ilə hərəkət edirmiş.

Polisin məlumatına görə, yük avtomobillərinin sürücüləri ölümlə nəticələnən ehtiyatsızlığa görə həbs ediliblər. Onlardan biri nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməkdə şübhəli bilinir. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm