Jurnalist iş başında həyatını itirdi
Bizi izləyin

Dünya

Jurnalist iş başında həyatını itirdi

İraq ordusunun Təlafəri İŞİD terror qruplaşmasının əlindən yenidən qurtarmaq üçün həyata keçirdiyi əməliyyatda çəkiliş aparan Sujad Najm adlı iraqlı jurnalist həyatını itirib.

Publika.az xəbər verir ki, Najmın İraq Kərbala televiziya kanalında çalışan bir operator olduğu bildirilir.

İraq ordusu 20 avqustda İŞİD terror qruplaşmasının nəzarətində olan Tal Afar bölgəsini geri almaq üçün əməliyyat həyata keçirmişdi. İraq ordusu bu gün açıqlamasında 7 günlük hərbi əməliyyatdan sonra Təlafərin mərkəzini və Osmanlı qalasını ələ keçirdiklərini bildirərkən, İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri şəhərin yüzdə 70-ini ələ geçirdiklərini bəyan edib. (aznews.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm