İraqın daha bir şəhəri İŞİD-dən azad edildi
Bizi izləyin

Dünya

İraqın daha bir şəhəri İŞİD-dən azad edildi

Təlafər İŞİD-in İraq və Suriya ilə sərhəddəki sonuncu böyük istinadgahı idi.

İraqın Təlafər şəhəri tamamilə İŞİD-dən azad edilib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraq ordusunun iri ordu birləşməsinin briqada generalı Nacim Əl- Cabiri açıqlama verib.

O, bildirib ki, hazırda şəhərdə təmizlik işləri aparılır. Briqada generalının sözlərinə görə, Təlafərdə işğal altında heç bir yer qalmayıb.

General qeyd edib ki, Təlafərin inzibati ərazisindən kənarda olan Əsgəri rayonu da təhlükəsizlik qüvvələri tərəfindən azad ediləcək.

İraq hərbçiləri və könüllüləri Təlafərin azad edilməsi əməliyyatını avqustun 20-dən davam etdirirdilər. Təlafər İŞİD-in İraq və Suriya ilə sərhəddəki sonuncu böyük istinadgahı idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm