Bağdadda 2 partlayış: 5 nəfər öldü
Bizi izləyin

Dünya

Bağdadda 2 partlayış: 5 nəfər öldü

Bağdadın cənubunda iki minalanmış maşının partladılması nəticəsində 5 nəfər həlak olub, azı altı nəfər xəsarət alıb.

Bu haqda İraqın Al Sumaria telekanalı xəbər yayıb.

Birinci partlayış Bağdadın cənub-qərbində Aş-Şutra Ə-Rabia rayonunda səhər saatlarında baş verib, nəticədə üç qadın həlak olub, daha beş nəfər yaralanıb.

İkinci minalanmış avtomobil bir müddət sonra şəhərin cənubunda yol kənarında Əbu Dəşir rayonunda partlayıb. 2 nəfər həlak olub, daha bir nəfər xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm