Körpəsini diri-diri basdırdı: "Ailəm onu istəmirdi" - DƏHŞƏTLİ FOTO
Bizi izləyin

Dünya

Körpəsini diri-diri basdırdı: "Ailəm onu istəmirdi" - DƏHŞƏTLİ FOTO

25 yaşlı qadın ailəsinin qorxusundan yeni doğulan körpəsini diri-diri basdırıb.

Publika.az xəbər verir ki, cənubi Afrikada zavodda işləyən qadın hər kəsdən gizli dünyaya gətirdiyi qızını ölümə tərk edib. Zavod işçiləri yaxınlıqda uşaq səsi eşidib və gördükləri mənzərə qarşısında şoka düşüblər. Uşağı təcili xəstəxanaya aparan işçilər onun anasını tanıdıqlarını deyiblər.

Polisə ifadə verən qadın bildirb ki, körpənin anası onlarla birlikdə zavodda işləyib: "Onun 4 yaşlı bir qızı var. Qızın ailəsi ikinci uşaq istəmədiyi üçün o, uşağı öldürmək istəyib. Uşağın 3 gün ərzində torpaq altında sağ qalması isə möcüzədir".

Hələlik uşağın kimə veriləcəyi məlum deyil. Xəstəxanadan verilən məlumatda isə uşağın vəziyyətinin ağır olduğu deyilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm