ABŞ-da toqquşma: 14 nəfər saxlanıldı - - VİDEO
Bizi izləyin

Dünya

ABŞ-da toqquşma: 14 nəfər saxlanıldı - - VİDEO

ABŞ-ın Berkli şəhərində (Kaliforniya ştatı) sağ və solçu radikal təşkilatların üzvləri arasında toqquşmalar baş verib.

Publika.az xəbər verir ki, insident nəticəsində 14 nəfər saxlanılıb.

Məlumata əsasən, iki qrup etirazçının eyni vaxtda şəhərdə nümayiş keçirməsi toqquşmalarla nəticələnib.

Bundan əvvəl yerli hökumət orqanları zorakılığın qarşısını almaq üçün şəhərin müəyyən yerlərində etiraz aksiyaları keçirməyi qadağan edib. (apa)

Xatırladaq ki, avqustun 12-də ABŞ-ın Virciniya ştatının Şarlotsvill şəhərində radikal millətçi, neonasist və irqçi qruplar iğtişaş törədiblər. Nəticədə 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm