Çində təbii fəlakət: həyat iflic oldu - VİDEO
Bizi izləyin

Dünya

Çində təbii fəlakət: həyat iflic oldu - VİDEO

Çində güclü “Pakxar” qasırğası baş verib.

Publika.az xəbər verir ki, ölkənin Honkonq, Makao, Quandun əyalətlərində baş verən təbii fəlakət nəticəsində çoxsayda insan evsiz-eşiksiz qalıb.

Təbii fəlakət nəticəsində Honkonqda 1 nəfər ölüb, 65 nəfər yaralıb. Makaoda 8 nəfərin itkin düşdüyü bildirilir.

Vəziyyətlə əlaqədar Honkonqun beynəlxalq hava limanının və dəniz nəqliyyatının fəaliyyəti dayandırılıb, ictimai nəqliyyat isə iflic olub. Şəhərdə fövqaladə vəziyyət elan edilib və dövlət idarələri, banklar və məktəblər bağlanıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm