Antalyada 2 minillik tarixi olan bazar tapıldı - VİDEO
Bizi izləyin

Dünya

Antalyada 2 minillik tarixi olan bazar tapıldı - VİDEO

Antalyanın Serik bölgəsinin Aspendos antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı çoxsaylı mağaza və anbarlar aşkarlanıb. Arxoeloqlar bunun Roma dövründən qaldığını iddia edir.

Publika.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə ilk dəfə 2008-ci ildə araşdırılmaya başlanılan ərazidəki işlərə 2014-cü ildən rəsmi olaraq Hacettepe Universiteti Arxeologiya Kafedrasının müəllimi Dr. Vəli Kosa sədrlik edir.

Onun sözlərinə görə, builki qazıntılar zamanı ərazidə ikimərtəbəli mağaza kompleksi aşkarlanıb. Ərazidə tapılan sikkələrin bir üzündə at, digər üzündə isə sapan şəkli var. Bu həmin sikkələrin Roma dövründə istifadə olunan dəmir pullarla eynilik təşkil etdiyini göstərir.

2 min il əvvələ aid olan dükan və qurğuların əhəmiyyətini vurğulayan arxeoloq onu da qeyd edib ki, bu dükanlarda qiymətli materialların satıldığı və gizlədildiyi ehtimal edilir: "Quruluşuna baxdıqda burada bəzi otaqların gizli ofis kimi də istifadə olunduğunu demək olar. Bir əraziyə bir neçə giriş-çıxış var. Xüsusilə bir tikilinin tam şəhər mərkəzində olması bunu dəstəkləyir"

Qazıntılar zamanı bol miqdarda yağ, ətir şüşələri, parçalar, bürünc kəmər, sümükdən hazırlanan saç sancaqları, çox sayda mismar, üzüklər və onların hazırlanmasında istifadə edilən xüsusi daşlar aşkarlanıb.

Ticarət baxımından önəmli hesab edilən antik şəhərdə ikimərtəbəli dükanların və kompleks şəklində inşa edilmiş bir sahənin varlığı, iş yerlərinin tapılması, buranın kommersiya cəhətindən əhəmiyyətli bir mərkəz olduğunu göstərir. Tarixi faktlarda da Aspendos xüsusən əkinçilik və atçılıq ilə məşhur şəhər olub.

Bu antik şəhərin teatr və su kəmərləri 2015-ci ildə YUNESKO-nun Ümumdünya İrsi Siyahısına salınmışdır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm