“Onları öldürə bilərsiniz!” - Prezidentdən növbəti ƏMR
Bizi izləyin

Dünya

“Onları öldürə bilərsiniz!” - Prezidentdən növbəti ƏMR

Filippin prezidenti Rodriqo Duterte narkoticarətlə mübarizə üzrə kampaniya çərçivəsində polis əməkdaşlarına “gicləri” öldürməyə icazə verib.

Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi yazıb.

“Sizin xidməti borcunuz tələb edir ki, həbs vaxtı müqavimət göstərən insanların öhdəsindən gələsiniz. Siz müqavimət göstərən gicləri öldürə bilərsiniz, bu mənim əmrimdir”, - Duterte bildirib.

Daha əvvəl Duterte özünün illik müraciətində qeyd edib ki, beynəlxalq təşkilatlar tərəfindən edilən tənqidlərə baxmayaraq, ölkədə narkoticatərlə mübarizədən geri çəkilmək niyyətində deyil.

2016-cı ilin mayında prezident seçilən Rodriqo Duterte narkoticarətə qarşı genişmiqyaslı kampaniyaya başlayıb. BMT-nin son məlumatlarına əsasən, ölkədə Dutertenin hakimiyyətə gəlişi anından cinayətkar qruplaşmalarla mübarizənin gedişatında 6 mindən çox insan öldürülüb.

Dünya ictimaiyyəti Filipin hakimiyyətinin mübarizə metodlarını dəfələrlə ittiham edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm