• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

“Ən vəhşi qrupla...” - İŞİD “imam”ına verilən ŞOK TƏLİMAT

  • Dünya
  • 28 Avqust 2017 19:16
  • 945 Baxış
“Ən vəhşi qrupla...” - İŞİD “imam”ına verilən ŞOK TƏLİMAT

Liviya hökuməti ölkə məscidlərindən birində imamlıq edən “Əbu Hafs” adlı şəxsin İsrailin kəşfiyyat qurumu olan MOSSAD-ın agenti olduğunu ortaya çıxarıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Livanın “Əl-Cədid” telekanalı bildirib.

Kanalın xəbərinə görə, sözügedən şəxs MOSSAD adına ərəb və müsəlman ölkələrində casusluq etmək üçün vəzifələndirilib. MOSSAD agentinin İŞİD-in içinə sızdığı, terrorçularla birlikdə Bengazi şəhərinə gəldiyi və özünü yaxşı tərəfdən göstərərək məscid imamlığına qədər yüksəldiyi bildirilir.

Onun həmçinin İŞİD-in 200 nəfərlik qrupuna komandirlik etdiyi deyilir. Davamlı olaraq Misir torpaqlarına müdaxilə etdiyi deyilən qrupun Liviyada tanınan ən vəhşi DAEŞ qrupu olduğunu və söz mövzusu qrupun DAEŞ tərəfindən savaşı Misirə daşımaqla vəzifələndirildiyini yazdı.

İddiaların ortasındakı İsrail isə bu xəbərlər haqqında hər hansı bir rəsmi açıqlama verməyib.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR