ABŞ yeni nüvə bombasını sınaqdan keçirdi
Bizi izləyin

Dünya

ABŞ yeni nüvə bombasını sınaqdan keçirdi

ABŞ-ın Energetika Nazirliyinin Nüvə Təhlükəsizliyi Milli İdarəsi Hərbi Hava Qüvvələri ilə birlikdə Nevada ştatında B61-12 nüvə bombasının ikinci sınağını keçirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Nüvə Təhlükəsizliyi Milli İdarəsinin saytında bildirilir.

Qeyd edilir ki, sınaqlar B61-12 bombalarının xidmət müddətinin uzadılması proqramı çərçivəsində avqustun 8-də keçirilib. Bombalar F-15E qırıcı-bombardmançıdan atılıb. Sınaqların gedişatında bombanın qeyri-nüvə imkanları, həmçinin bu bombardmançının bombanı çatdırmaq qabiliyyəti qiymətləndirilib.

Birinci belə sınaq martda keçirilib.

Qeyd edək ki, B61-12 B61 taktik nüvə təyyarə bombasının idarə olunan modifikasiyasını təşkil edir. Bombanın birinci versiyası silahlanmaya 1968-ci ildə qəbul edilib. B61-12 bombaları B61 ailəsinin taktik bombalarının əvvəlki versiyalarının əvəzetməsi çərçivəsində 2020-ci ildən sonra Avropada yerləşdiriləcək.

B61 bombalarının müasirləşdirilməsinə xərclərin ümumi həcmi 9,5 milyard dollar ötəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm