• USD 1,7000 0,00% EUR 1,9479 -0,36%
    • GBP 2,2135 -0,60% RUB 0,0259 0,00%

Üç ölkədən müharibə sözü - HAZIRLIQ BAŞLANDI

  • Dünya
  • 29 Avqust 2017 13:07
  • 3 588 Baxış
Üç ölkədən müharibə sözü - HAZIRLIQ BAŞLANDI

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Yaponiya istiqamətində buraxdığı növbəti raket bölgədə vəziyyəti yenidən gərginləşdirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ, Yaponiya və Cənubi Koreya Pxenyanı sərt cavabla hədələyirlər.

Bu gün BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçiriləcək. İclasda Pxenyana qarşı atılacaq addımların müzakirə olunması istisna edilmir. Cənubi Koreya və ABŞ artıq bildirib ki, Şimali Koreya təxribatlarına cavab olaraq hərbi ölçülərə baxılır.

Son zamanlar Koreya yarımadasında vəziyyət Pxenyan və Vaşinqton kəskin bəyanatlarla daha da gərginləşib. Şimali Koreya ABŞ-ın Quam adasını ballistik raketlərlə vuracağına söz verib. ABŞ prezidenti Donald Tramp isə söz verdi ki, Şimali Koreya lideri Kim Çen In bunu edərsə, ölkəsi tarixin görmədiyi “qəzəb və atəş”lə qarşılaşa bilər.

Amma sonradan liderlər öz bəyanatlarını yumşaltdılar. Kim Çen In Quam adasını vurmaq planının təxirə salındığını elan etdi. Tramp Pxenyanın bu hərəkətini təqdir etdiyini bildirdi. Keçən həftə ABŞ və Cənubi Koreya birgə “Ulchi Freedom Guardian” təlimlərinə başlaması vəziyyəti yenidən gərginləşdirib. Təlimlər KXDR-də silahlı konfliktin məşqi kimi qəbul edilir.

Cənubi Koreya və Yaponiyanın hərbçiləri güman edirlər ki, çərşənbə axşamı sınaqdan keçirilmiş raket “Xvason-12” orta mənzilli ballistik raket, “Xvason-10” tipli ballistik raketdir. Cənubi Koreya hərbçiləri raketin işə salınmasından dərhal sonra böyük təyyarə bombalarının tətbiqi ilə əyani təlimlər keçiriblər.

Yaponiyanın müdafiə naziri İsunori Onder bildirib ki, ölkə üçün heç bir təhlükə yaratmadığı üçün onun hava məkanından uçan raket vurulmayıb. Eyni zamanda, o qeyd edib ki, Şimali Koreya raketinin Yaponiyanın üzərindən uçuşu ciddi təhlükədir.

“Bu regionda sülh və təhlükəsizliyi hədələyir, BMT Təhlükəsizlik Şurasının qətnamələri pozur. Yaponiya üzərində raketin xəbərdarlıqsız işə salınması son dərəcə təhlükəli hərəkətdir. Ölkəmizin təhlükəsizliyinə təhlükələr artır”, - o bildirib.

Onunla Yaponiya Xarici İşlər Nazirliyinin başçısı Taro Kono da razıdır: “Ölkəmiz üçün təhlükə əhəmiyyətli dərəcədə artıb. Masaya bütün mümkün variantlar çıxarılmalıdır”.

Yaponiya diplomatiyasının başçısı söz verib ki, Pxenyana daha çox təzyiq göstəriləcək.

Yapon tərəfinin məlumatına görə, Şimali Koreya tərəfindən buraxılmış raket ABŞ Quam adasında çata bilər.

“Raketin uçuş məsafəsi təxminən 5 min kilometr təşkil edir. Əlbəttə ki, belə tipli raket Quam adasına çata bilər”, - “Kiodo” agentliyi Yaponiyanın müdafiə nazirinin sözlərini sitat gətirib.

Tokio vəziyyəti artıq Vaşinqtonla müzakirə etdi. Çərşənbə axşamı Yaponiyanın baş naziri Sindzo Abe ilə Donald Tramp arasında telefon söhbəti olub.

“Biz Trampla 40 dəqiqə danışdıq və Koreya Xalq Demokratik Respublikası tərəfindən raket işə salınmasının nəticələrini analiz etdik. Biz ümumi fikrə gəldik ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılmalı və Koreya Xalq Demokratik Respublikasına təzyiq gücləndirilməlidiri gəldilər”, - baş nazir deyib.

Eyni zamanda, amerika tərəfinin məlumatına görə, buraxılan raket Şimali Amerika üçün təhlükə yaratmır.

Rusiyanın Xarici İşlər Nazirliyi isə bildirib ki, KXDR-yə təzyiq üçün resurslar tükənib. Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkovun sözlərinə görə, ABŞ və başqa ölkələr növbəti dəfə Pxenyan barəsində məhdudlaşdırıcı ölçüləri gücləndirə bilər, amma bu arzuolunan nəticələrə gətirib çıxarmayacaq.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>