• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Qəfil və sürətli hücum: Müharibənin MÜMKÜN SSENARİLƏRİ

  • Dünya
  • 29 Avqust 2017 15:11
  • 2 726 Baxış
Qəfil və sürətli hücum: Müharibənin MÜMKÜN SSENARİLƏRİ

Hazırda Ukraynanın şərqində qanunsuz silahlı birləşmələrin tərkibində təxminən 30 min döyüşçü var. Onlardan 4 mini Rusiyanın kadr hərbçisidir.

Publika.az xəbər verir ki, bu haqda dsnews.ua internet nəşri üçün hərbi ekspert Mixail Jiroxov yazıb.

Rusiya ilə müharibənin mümkün ssenarilərindən danışan ekspert qeyd edir ki, Donbasın işğal edilmiş ərazisində təxminən 350 tank var. Donbasdakı 30 min döyüşçünün ən azı 30 faizini Rusiya vətəndaşları təşkil edir. Onların da əksəriyyəti artıq kadr döyüşçüsü olmayan peşəkar hərbçilərdir.

Təmas xəttinin Ukrayna tərəfində isə təxminən 40 min hərbiçi var.

“Rusiyanın Ukrayna ilə sərhəddə yerləşdirilən ciddi hərbi kontingentini unutmaq olmaz. Onlar istənilən an Ukrayna sərhədini keçə və “qoşun”u (Söhbət separatçıların güclərindən gedir - red) ciddi şəkildə gücləndirə bilər”, - Jiroxov qeyd edib.

Xorvat ssenarisi

Hərbi ekspert qeyd edir ki, bu gün Donbasda vəziyyətin inkişafının variantları çox deyil.

“Amma “Tufan” əməliyyatı tipi üzrə “xorvat ssenarisi”nin (qəfil və qətiyyətli hücum Xorvatiyaya 1995-ci ildə “Serb Krainası” separatçı rejimi ləğv etməyə imkan verib – red.) reallaşdırılması imkanı haqqında danışıqlar aparılır.

“Ukraynada qətiyyətli hücumla işğal edilmiş ərazilərin azad olunmasını tələb edən şəxslər var. Ancaq belə variant birmənalı reallaşdırılmayacaq. Məsələ, yalnız nizami Rusiya ordusunun müdaxiləsi qorxusu ilə bağlı deyil. Həm də ona görə ki, bizim generallarımızda “bir nəfəsdə” Donbasın azad ediləcəyinə dair əminlik yoxdur. Buna baxmayaraq ki, 2014-cü ilin sentyabrından bu yana Ukrayna ordusu təchizat və komplektasiya baxımından keyfiyyətli sıçrayışa nail olub. Amma su maneələrin mövcudluğu Donbasda Rusiya tərəfindən cəmləşdirilən güclərə üstünlük verir və Ukrayna üçün təhlükəli edir. Bununla belə, “xorvat ssenarisi” imkanı hələ siyasi və ictimai baxımdan Ukrayna üçün ciddi çağırış olaraq qalır”, - o vurğulayıb.

Rusiya müdaxiləsi

Ukraynaya genişmiqyaslı Rusiya hücumu variantı ikinci ssenari olaraq qalır. Mixail Jiroxov qeyd edir ki, Rusiya ilə genişmiqyaslı müharibə təhlükəsini nəzərə alaraq silahlı qüvvələri daim gücləndirmək lazımdır. Ekspert həmçinin belə ssenarinin reallaşdırılmasını ağlasığmaz hesab edir.

“Birbaşa müdaxilə ehtimalının az olmasının səbəbi yalnız Rusiyaya xarici siyasi təzyiq və sanksiyaların mümkün gücləndirilməsi ilə bağlı deyil, həm də təmiz hərbi amillə bağlıdır. Kreml rəhbərliyi Ukrayna ordusunun döyüş hazırlığını real qiymətləndirir. Rusiya anlayır ki, ordumuz Rusiya silahlı qüvvələrinin hücum fəallığını əhəmiyyətli dərəcədə soyuda və onlara ağır itkilər verə bilər. Burada İlovaysk hadisələrini xatırlamaq lazımdır. Minimum dörd Rusiya batalyon-taktik qrupu bir həftə ərzində pis silahlanan Ukrayna güclərinin müqavimətini qıra bilmirdi. Rusiyalılar həmçinin anlayırlar ki, onların aviasiyasının üstünlüyü də ciddi üstünlük deyil”, - Jiroxov vurğulayıb.

Mövqe müharibəsi və “məxməri” variant

Ekspert bildirir ki, Donbasda payız kampaniyasının ən ehtimal edilən variantı Ukrayna üçün ağrılı olan mövqe müharibəsi olacaq. Onun sözlərinə görə, ehtimal ki, “kiçik qrupların müharibəsi” davam edəcək və həftə ərzində 10-15 nəfərə qədər daimi itkilər olacaq.

Ekspert qeyd edir ki, Rusiya üçün ilk növbədə Ukraynanın iqtisadi və emosional baxımdan tükənməsi müharibədə əsas alət olaraq qalacaq. Həmçinin Rusiya tərəfindən təhrik edilmiş siyasi aksiyalar və terror aktları da istisna edilmir.

Mümkün ssenarilərdən biri rusiyayönlü siyasətçilərin hakimiyyətə gəlişi üçün Kiyevdə etiraz aksiyalarının keçirilməsidir:

“Mümkündür ki, nümayişçilər Rusiya prezidenti Vladimir Putinə hərbi köməyə görə müraciət edəcəklər. Məhz bunun üçün Rusiya qoşunları Belarusda, Xarkov və Çerniqov vilayətlərinin qarşısında sərhəd ərazilərində toplanır. Belə variant “hibrid müharibə”sinin məntiqinə söykənir, sovet və Rusiya generalları tərəfindən dəfələrlə yerinə yetirilib: 1968-ci ildə Çexoslovakiyadan 1994-cü ildə Çeçenistan Respublikasına qədər. Hadisələrin inkişafının belə variantına Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahında baxılır. Bunu, “Si Briz -2017” Ukrayna-ABŞ birgə təlimləri də göstərir. Çox az adam bilir ki, təlimlərdə əsas vəzifələrdən biri də qanunsuz silahlı birləşmələr tərəfindən tutulmuş Bolqradda liman və aeroportun azad edilməsi idi”.

Ekspert qeyd edir ki, “məxməri” variant da istisna edilmir. Bu, 2019-cu ildə seçkilər ümidi ilə vəziyyətin laxladılmasıdır. Bu, bir növ keçmiş prezident Viktor Yanukoviçin lideri olduğu Regionlar Partiyasının qisası, Qərbin kapitulyasiyası və nəticə olaraq Ukraynanın xarici siyasət vektorunun Rusiya istiqamətində dəyişməsi baş verə bilər.

Bildirilir ki, Moskva hər halda bu payızda fəallaşmağa çalışacaq:

“Axı Ukrayna tədricən böhrandan çıxır, hərbi xidmətin nüfuzu artır, hərbi sənaye müharibədən əvvəlki templərə çıxır. Təyyarə və helikopter parkının sayı tədricən bərpa olunur. İdarəolunan raketlərin hazırlaması Sanksiyalar Moskvanı boğulmasına xidmət edir, Donbasda vuruşmaq üçün vasitələr və rusiyaların vuruçmaq arzusu hər gün daha da azalır”.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR