Müsəlmanlar niyə qətl edilir: “Buddist Bin Laden”, ingilis barmağı və ÜÇ TƏMƏL FAKTOR
Bizi izləyin

Dünya

Müsəlmanlar niyə qətl edilir: “Buddist Bin Laden”, ingilis barmağı və ÜÇ TƏMƏL FAKTOR

Myanmada ordu Arakan ştatında son 3 gün ərzində üç min müsəlmanı qətlə yetirib. Avropa Rohinya Şurasının (ERC) sözçüsü doktor Anita Sçuq son günlər müsəlmanlara qarşı törədilən qırğınların 2012 və 2016-cı ildə yaşanan qırğınlardan dəfələrlə çox olduğunu söyləyib.

Ştatın yalnız bir kəndində - Saugparada 1000-ə yaxın müsəlman öldürülüb. Anita Sçuq qətliamda yalnız bir oğlan uşağının sağ qaldığını deyib.

Qeyd edək ki, silahlı qrupların ötən həftənin cümə günü polis bölməsinə hücum etməsindən sonra ştatda qarşıdurmalar yenidən alovlanıb.

Myanma, rəsmi adı Myanma İttifaqı Respublikası cənub-şərqi Asiyada yerləşir. Rəsmi məlumatlara görə, əhalinin 83 faizi buddistlər, 4 faizi isə müsəlmanlardır (əsasən sünnülər).

Myanmada müsəlmanlar niyə öldürülür?

Bu suala Myanma və Şri-Lankada yaşanan müsəlman qətliamlarını araşdıran Oksford Universitetinin əməkdaşı Alan Strathern cavab verməyə çalışıb.

Buddist kahinlər tərəfindən öyrədilən mənəvi prinsiplər arasında “öldürməmək” prinsipi xüsusi yer tutur. Buddizm digər dinlər kimi zorakılığa qarşıdır. Amma buddist kahinlər müsəlmanlara qarşı hücumları təhrik edir və hətta yüzlərlə insanın öldürülməsində şəxsən iştirak edirlər.

2013-cü ildə ölkənin mərkəzi hissəsində müsəlmanları hədəf alan hücumlarda ən azı 40 müsəlman öldürülmüşdü. Hücumların təşkilində xüsusi canfəşanlıq göstərənlərdən biri də Aşin Virathu adlı buddist kahin idi. Həbsxanaya salınan kahin qəribə də olsa özünü “Buddist Bin Laden” adlandırmışdı.

Alan Strathern yazır ki, din hər nə qədər zorakılığa qarşı olsa da, nəticədə iqtidar ilə razılaşmaya ehtiyacları var: “Buddist rahiblərin də, zorakılıq mənbəyi olan kralların da dəstəyə və qorunmasına ehtiyacları var. Krallar da kahinləri xalq qarşısında legitimlik qazanmaq üçün bir vasitə olaraq görürlər. Myanmalı liderlər tarix boyunca buddizm adına hər cür zorakılığı qanuni göstəriblər. Əhalinin bəzi seqmentləri arasında da anti-müsəlman fikirlər var. Bir çox buddist düşünür ki, onların dinləri təhlükə altındadır”.

Araşdırmaçı əlavə edir ki, qlobal proseslər də müsəlmanlara qarşı münasibətdə vacib rol oynayır. Söhbət bütün dünyada zorakılıq və terrorla islam arasında bağın qurulmasından gedir.

“Buddistlər də “digər dinlər zorakılıq edir, onlardan geri qalmamaq lazımdır”, düşüncəsi ilə yaşayırlar”, - Alan Strathern bildirir.

Müsəlmanlara qarşı qətliam necə başlandı?

Arakan ölkənin şimali-qərb sərhədində yerləşir və ölkənin 7 ştatından biridir. 1982-ci ildə Myanma qəbul edilən vətəndaşlıq haqqında qanunla ölkədə 60 etnik azlığa vətəndaşlıq verilir, yalnız arakanlılara vətəndaşlıq statusu verilmir.

2012-ci ilin may ayında 3 buddist rahib Myanmada yaşayan bir qadına təcavüz edərək cəsədini müsəlmanların yaşadığı bir kəndin yaxınlığına atırlar. Müsəlmanlar qətl hadisəsinin günahkarları kimi göstərilir. Hadisə ilə əlaqədar 3 müsəlman gənc həbs edilir. Gənclərdən biri döyülərək öldürüldü, məhkəmə digər 2 gənc barəsində ölüm hökmü çıxardı.

Beləliklə, hökumət müsəlmanlara qarşı soyqırımın ilk toxumlarını böhtanla atdı.

Hadisənin arxasında bir çox radikal rahib Myanmada rohingyalılar əleyhinə əks-təbliğata başladılar. Təbliğat şüarlarında belə deyilirdi: “Rohingya Myanmanın bir vilayəti deyildi. Onlar Banqladeşdən gələn qanunsuz miqrantlardır”.

Sonra bu təbliğat hakimiyyətin dəstəyi ilə səhv istiqamətdə aparılmağa başlandı. Hakimiyyət birmənalı olaraq müsəlmanlara qarşı qətliam siyasətini qanuniləşdirmək istədi.

3 iyun 2012-ci ildə Arakan şəhərinin cənubunda yerləşən Tunqup şəhər mərkəzində 8 müsəlman zəvvar, 2 avtobus sürücüsü və bir qadın buddist rahiblər tərəfindən öldürüldü. Beş nəfər isə qaçaraq canlarını qurtardılar. Hadisə baş verən vaxt öldürülən zəvvarlar dini mərasimdən geri qayıdırdılar. Cinayətkarlara qarşı heç bir cinayət işi açılmadı.

Bundan sonra müsəlmanlar hökumətin dəstəyi və “daxili təhlükəsizlik təhdidi ilə əlaqədar” rahiblərin basqınlara məruz qaldı. Buddist rahiblər gecələr müsəlmanların kəndlərini təhlükəsizlik qüvvələri ilə birlikdə yandırırdılar.

İyunun 9-da kimi 100-dən çox müsəlman həyatını itirdi, 500-dən çoxunun evi yandırıldı.

Türkiyə Diyanet İşləri Başqanlığının dəvəti ilə Türkiyəyə gələn arakanlı müsəlmanların lideri Məhəmməd Yunus müsəlmanlara qarşı həyata keçirilən qətliamın Myanma hükumətinin dəstəyi ilə həyata keçirildiyini bildirib.

Gərginliyin üç təməl səbəbi

Əhalinin əksəriyyətini təşkil edən buddistlərlə arakanlı hind mənşəli müsəlmanlar arasındakı gərginliyin səbəbi üç təməl faktora söykənir.

Birincisi, buddistlər və müsəlmanlar regional hökmranlıq uğrunda mübarizə aparırlar. Onlar bunun üçün də tarix ərzində fərqli ittifaqlara üstünlük verirlər. Məsələn, İkinci Dünya Müharibəsində buddistlər İngiltərədən müstəqil olmaq üçün işğalçı Yaponiyanı dəstəklədiyi halda arakanlı müsəlmanların əksəriyyəti Myanmada müstəqil olma düşüncəsi isə İngiltərənin yanında yer aldılar. Bu vəziyyət müsəlmanlar və buddistlər arasında parçalanma yaradıb.

İkincisi, regional miqrasiya axını və sosial-iqtisadi fərqlərdir. XIX əsrdə Hindistana nəzarət edən İngiltərə Myanmaya çoxlu sayda hind immiqrantın yerləşməsinə icazə vermişdir. Əsasən müsəlmanlar olan immiqrantlar vaxt keçdikcə torpaq sahibləri oldular. 1930-cu illərin əvvəlində yaşanan iqtisadi böhran daha yaxşı həyat şərtlərinə sahib olan hind əsilli müsəlman immiqrantlara qarşı yerli xalqın narazılığını artırdı.

Üçüncü, 1962-ci ildən sonra ölkəni “dəmir dəyənək”lə idarə edən sosialist stratokratiya. Tək millət (Myanma), tək dil (Myanma) və tək din (Buddizm) siyasətinə əsaslanan siyasət ölkədəki etnik və dini azlıqlara, o cümlədən müsəlmanları bərabərhüquqlu vətəndaşlar olaraq görmədi.

1982-ci ildə qəbul edilən vətəndaşlıq haqqında qanuna görə, ölkə sakinləri 1824-cü il tarixindən, yəni ingilis işğalı və Hindistandan immiqrasiya axını başlamadan əvvəl ölkədə yaşadıqlarını sübut etməyə məcburdur.

Müstəqillikdən sonra (1948) ölkədəki etnik və dini azlıqlara təməl hüquq və azadlıqların verilməməsi ölkədə buddist-müsəlman gərginliyi yaradan faktorlardandır. Arakanların vətəndaşlıq statusu müəyyənləşdirilmədən gərginliyin aradan qaldırılması da mümkün görünmür. Federalizmə qarşı hakimiyyət müsəlmanların azlıq olaraq tanınma tələbini rədd edir.

Buddistlərdə qorxu yaradan daha bir faktor müsəlmanların buddistlərlə müqayisədə daha sürətlə artmasıdır.

Budizm və milli şəxsiyyətin müəyyənləşdirilməsi nəticəsində müsəlmanların varlığı milli birliyə təhdid kimi qəbul olunmağa başlanıb. Bu baxımdan Myanmada pasifist (Pasifizm - zorakılıq və müharibə əleyhinə olan hərəkat və ya ideologiyadır –red) bir din olan buddizmin adı zorakılıqda hallanan bir dinə necə çevrildiyini görmək olar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm