Özbəkistanda bir gündə 4 min nəfər həbs olundu: Gecə şəhərdə gəzdiklərinə görə
Bizi izləyin

Dünya

Özbəkistanda bir gündə 4 min nəfər həbs olundu: Gecə şəhərdə gəzdiklərinə görə

Avqustun 26-27-də Özbəkistanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən reyd keçirilib. Yerli hakimiyyət orqanları axşam saat 9-dan sonra küçələrdə gəzən 3706 nəfəri həbs edib.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, saxlanılan şəxsalərin yarısı bir sutkadan sonra sərbəst buraxılıb. Digərləri isə daha uzun müddət nəzarətdə qalıb.

Saxlanılan "bivec vətəndaşlara" yerli hakimiyyət orqanları tərəfindən müvafiq normalara uyğun cərimə tətbiq edilib.

Özbəkistanın qanunvericiliyinə əsasən, ölkə müharibə şəraitində deyilsə, fövqaladə vəziyyət yoxdursa və komendant saatı elan edilməyibsə, "məqsədsiz şəkildə küçələrdə gəzmək" cinayət və ya qanun pozuntusu hesab olunmur.

Vəkillərin məsələ ilə bağlı fikirləri geniş müzakirə olunub. Onlar belə addımları yerli polis və prokurorluq orqanlarının hüquqi savadsızlığının nəticəsi olaraq qələmə veriblər:

"Özbəkistan Daxili İşlər Nazirliyinin əməkdaşları vəzifə səlahiyyətlərini aşaraq, heç bir əsas olmadan vətəndaşların hüquqlarını pozublar".

Sözügedən reyd avqust ayının 27-si gecə saat 00:00-da başa çatıb. Ümumilikdə 4 min nəfərdən çox vətəndaş bir sutkalıq həbs edilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm