Trampın qızı Putinin kreslosunda... - Kremldən AÇIQLAMA
Bizi izləyin

Dünya

Trampın qızı Putinin kreslosunda... - Kremldən AÇIQLAMA

...onun kreslosunda oturduğunu söyləyib.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın Rusiya prezidenti Vladimir Putinin kreslosunda oturduğuna dair iddiaya cavab verib.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, Peskov İvanka Trampın Putinin kabinetində olmadığını və onun kreslosunda oturmadığını deyib.

Qeyd edək ki, amerikalı biznesmen, iş adamı Feliks Star Donald Trampın qızı İvanka Tramp və digər uşaqları ilə 2006-cı ildə Moskvaya səfəri zamanı Putinin kabinetində olduğunu və onun kreslosunda oturduğunu söyləyib.

İvankanın özü isə “New York Times”ə açıqlamasında bildirib ki, belə bir hadisə baş verə bilərdi. Amma o, tam olaraq xatırlamadığını söyləyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm