Ölkədə hər il 45 min uşaq itir - DƏHŞƏTLİ STATİSTİKA
Bizi izləyin

Dünya

Ölkədə hər il 45 min uşaq itir - DƏHŞƏTLİ STATİSTİKA

Bu cür hadisələrin çox hissəsi şəhər mühitində baş verir.

Rusiyada hər il 120 min insan itir, onlardan 45 mini həddi-buluğa çatmayanlardır.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda itən və zərərçəkən uşaqlara kömək üzrə Milli Mərkəzdən bildirilib.

Mərkəzin məlumatına görə, çox zaman itənləri üç gün ərzində könüllülərin köməyi ilə tapmaq mümkün olur. Əgər axtarışlar müvəffəqiyyətlə nəticələnməsə, axtarışlara Daxili İşlər Nazirliyi qoşulur.

Ekspertlər uşaqların itməsinin əsas səbəbləri kimi evdən özbaşına gedişi, həmçinin cinayətkar və ya zorakı hərəkətləri göstərirlər. Diqqətçəkən məqam odur ki, bu cür hadisələrin çox hissəsi şəhər mühitində baş verir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm