Lavrov və Tillerson telefonda nəyi müzakirə etdi?
Bizi izləyin

Dünya

Lavrov və Tillerson telefonda nəyi müzakirə etdi?

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

“Söhbət zamanı Şimali Koreyanın həyata keçirdiyi son raket sınağı diqqət mərkəzində olub. Tərəflər bildiriblər ki, rəsmi Pxenyanın atdığı addım BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrini kobud surətdə pozub”, məlumatda deyilir.

S.Lavrov həmçinin gərginliyin azaldılmasında siyasi-diplomatik yollara alternativin olmadığını, gözlənilməz nəticələrə gətirib çıxara bilən hər hansı hərbi addımdan çəkinməyin zəruriliyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm