Rahibələr banka basqın etdilər - FOTOLAR
Bizi izləyin

Dünya

Rahibələr banka basqın etdilər - FOTOLAR

Latın amerikalı rahibələr ABŞ bankına hücum ediblər.

Publika.az xəbər verir ki, Pensilvaniya ştatının Tannersvil şəhərində yerləşən Citizens bankından oğurluq olub.

Günün ikinci yarısı rahibə paltarında olan iki qadın banka daxil olaraq xəzinədardan pulları istəyib. Qadınlardan biri pulları verməkdən imtina edən işçinin üzərinə tapança çıxarıb. Xəzinadarın təhlükəsizlik sistemini işə salmasından qorxan qadınlar dərhal ordan uzaqlaşıb.

Təhlükəsizlik kameralarına düşən qadınların axtarışı davam etdirilir. Polis və ABŞ-ın Federal Təhqiqatlar Bürosunun əməkdaşları qadınların kimliyini araşdırır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm