“Başqa seçim yoxdur, yoxsa müharibə davam edəcək” – ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

“Başqa seçim yoxdur, yoxsa müharibə davam edəcək” – ŞOK PROQNOZ

"Əgər o hakimiyyətdə qalacaqsa, sabitlik olmayacaq".

“Bəşər Əsəd rejimi hakimiyyətdə olduğu müddətdə qaçqınlar Suriyaya qayıtmayacaq.

Publika.az xəbər verir ki, bunu Livanın baş naziri Saad əl-Həriri Parisə səfəri zamanı “Le Monde” nəşrinə müsahibəsində bildirib.

“Livanda bəziləri danışır ki, qaçqınların qayıdışına imkan yaratmaq üçün Bəşər Əsəd rejimi ilə münasibətləri bərpa etməliyik. İraq və Misirə baxın! Bu ölkələr Suriya ilə yaxın münasibətdədir. Bununla belə, qaçqınlar Suriyaya qayıtmadılar. Onlar Bəşər Əsəd rejimi hakimiyyətdə qaldığı müddətdə öz ölkəsinə qayıtmayacaqlar”, - baş nazir deyib.

O, Suriyanın gələcəyi ilə bağlı narahatlığını dilə gətirib: “Mənim Suriya barədə qorxularım onunla bağlı deyil ki, İŞİD üzərində qələbə qazanmayacağıq. Məsələ başqadır, gələcəkdə düzgün siyasi qərarın olmaması halında vəziyyət daha da pisləşəcək”.

“Əgər mövqeyi güclüdürsə və Rusiya ilə İrandan dəstək alırsa, Suriya rejimi necə gedə bilər?” sualına Saad əl-Həriri belə cavab verib: “Əlbəttə, o getməlidir. Başqa seçim yoxdur. Əgər beynəlxalq cəmiyyət uzunmüddətli perspektivdə Suriyada həlli tapmağa çalışırsa, onda bu, tək çıxış yoludur. Əgər o hakimiyyətdə qalacaqsa, sabitlik olmayacaq. Bu rejim öz ərazisinə nəzarət etmir. Suriyaya Rusiya və İran ona nəzarət edir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm