Dünya
Tramp sentyabrı ABŞ-da alkoqolizmə qarşı mübarizə ayı elan etdi
ABŞ Prezidenti Donald Tramp sentyabrı ölkədə alkoqolizmə və narkomaniyaya qarşı ümummilli mübarizə ayı elan edib. Bu məlumat Ağ Evin açıqladığı Prezident proklamasiyasında yer alıb.
Sənəddə Tramp alkoqol və narkotik asılılıqdan əziyyət çəkən milyonlarla amerikalıya dəstəyini ifadə edib və bu ağır xəstəliyə qarşı mübarizədə ABŞ hökumət orqanlarının hazır olduğunu bildirib.
Trampın sözlərinə görə, bu gün ABŞ-da 20 milyondan çox insan alkoqoldan və narkotikanın müxtəlif növlərindən, o cümlədən ölkədə ən böyük problem olan opioid dərmanlardan sui-istifadə edir.
Proklamasiyada deyilir ki, indiki administrasiya bunlara qarşı mübarizə üçün yarım milyarddan çox dollar ayırıb. Bu pullar alkoqolizm və narkomaniyanın profilaktikasının gücləndirilməsinə, habelə ölkənin hər yerində reabilitasiya mərkəzləri şəbəkəsinin yaradılmasına yönəldilib.
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?