Qəfil zərbə və... - Müharibənin başlama vaxtı AÇIQLANDI
Bizi izləyin

Dünya

Qəfil zərbə və... - Müharibənin başlama vaxtı AÇIQLANDI

Hazırda mövcud olan bir sıra amillər təhlükənin artdığına dair siqnallar verir.

Rusiya böyük müharibəyə hazırlığı başa çatdırır.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ordu, konversiya və silahsızlaşdırma tədqiqatları Mərkəzinin direktoru Valentin Badrak Kiyevdə mətbuat konfransında deyib.

Ekspert hesab edir ki, Rusiyada prezident seçkilərinə qədər – 2018-ci ilin yazında hərbi əməliyyatların keçirilməsi ehtimalı kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, hakimiyyətin davamı üçün Rusiya prezidenti Vladimir Putinə “qələbələr” lazımdır.

Mərkəzin direktoru bildirib ki, hazırda mövcud olan bir sıra amillər təhlükənin artdığına dair siqnallar verir. Rusiya və Birləşmiş Ştatlar arasında münasibətlərin əhəmiyyətli dərəcədə kəskinləşdiyini qeyd edən V. Badrak Qərbin Ukraynaya simvolik dəstəyini, Pentaqonun başçısı və NATO-nun başqa ölkələrinin nümayəndələrinin Kiyevə səfərlərini xatırladıb.

Eyni zamanda, Badrak hesab edir ki, bütovlükdə Ukraynanın Qərb və Rusiya arasında bufer zona olduğu vəziyyət Qərbi qane edir.

Bundan başqa, ekspert əmindir ki, “ölüm mübarizəsi” Rusiyaya gözlədiyi nəticələri vermir.

“Rusiyada prezident seçkiləri yaxınlaşır. 2018-ci ilin martında ona cəmiyyətə təqdim etmək üçün hansısa qələbələr lazımdır”, - Badrak qeyd edib.

Bundan başqa, o vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin Baş qərargahında Ukraynanın müdafiə potensialının zəifliyi barədə praqmatik anlayış mövcuddur: “Rusiya Baş qərargahının qiymətləndirməsi Rusiya analitiklərinə danışmağa icazə verir ki, Ukrayna genişmiqyaslı müharibəyə və qəfil genişmiqyaslı zərbəyə hazır deyil”.

Eyni zamanda, ekspert qeyd edib ki, Rusiyanın özü hərbi imkanlarını əhəmiyyətli dərəcədə artırıb. O, bunun Ukrayna üçün çox ciddi çağırış olduğunu vurğulayıb.

Bundan başqa, Badrakın sözlərinə görə, Krıma quru dəhlizinin açılması Rusiya üçün aktual olaraq qalır. O həmçinin qeyd edib ki, hərbi əməliyyatlar öz-özünə başlana bilməz və Rusiya bunun üçün lazım vəziyyəti yaratmalıdır.

“Fakt budur ki, biz bu gün Rusiyanın böyük müharibəyə hazırlığın tamamladığını təsdiq edirik. Müharibə olacaq və ya olmayacaq, bu başqa məsələdir”, - Badrak yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm