Fransada 15 nəfəri ildırım vurdu
Bizi izləyin

Dünya

Fransada 15 nəfəri ildırım vurdu

Fransada musiqi festivalında ildırım vurması nəticəsində 15 nəfər xəsarət alıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 16.00 radələrində (Bakı vaxtı ilə 18.00) ölkənin şimal-şərqindəki Azray kommunasında təşkil olunan “Vieux Canal” festivalında baş verib. Xəsarət alanlardan 2 nəfərin vəziyyəti ağırdır.

Hadisə yerində 2 həkim briqadası, 60 yanğınsöndürən və 3 jandarm patrulu cəlb edilib.

Festivalın təşkilatçıları bayram tədbirlərini dayandırmağa qərar veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm