Şimali Koreyada yeraltı nüvə sınağın zəlzələyə səbəb oldu
Bizi izləyin

Dünya

Şimali Koreyada yeraltı nüvə sınağın zəlzələyə səbəb oldu

5,6 bal gücündə zəlzələ yeraltı nüvə sınağını göstərir.

ABŞ-ın Geologiya Xidməti Şimali Koreya ərazisində 5,6 bal gücündə zəlzələni qeydə alıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib. Agentliyin qeyd etdiyi kimi, sonuncu yeraltı təkanlar Şimali Koreyanın nüvə silahının sınağını həyata keçirdikdə qeydə alınıb.

Yaponiyanın "NHK" ictimai televiziyası isə KXDR-in 6-cı nüvə sınağını keçirdiyini bildirib. Qeyd olunur ki, 5,6 bal gücündə zəlzələ yeraltı nüvə sınağını göstərir.

Bununla yanaşı, Cənubi Koreya hakimiyyəti də güman edir ki, Pxenyan növbəti nüvə sınağını keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm