Yaponiya Şimali Koreyaya nota verdi - GƏRGİNLİK PİK HƏDDƏ ÇATIR
Bizi izləyin

Dünya

Yaponiya Şimali Koreyaya nota verdi - GƏRGİNLİK PİK HƏDDƏ ÇATIR

Yaponiya Şimali Koreyaya növbəti dəfə etiraz notası verib.

Publika.az xəbər verir ki, etiraz yeni nüvə sınağının keçirilməsi ilə bağlıdır.

Yaponiya xarici işlər naziri Taro Kono bildirib ki, Şimali Koreyanın yeni nüvə sınağı keçirdiyini bilirlər:

"Bunun BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu bildiririk. Şimali Koreya ilə bağlı bütün variantlar masa üzərindədir. Mən yaxın vaxtlarda həm ABŞ-ın, həm də Cənubi Koreyanın xarici işlər nazirlərilə əlaqə saxlayacam".

Bazar günü Şimali Koreya ərazisində 6,1 ballıq zəlzələ olub. Bunun yeni nüvə sınağı ilə əlaqədar ola biləcəyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm