Dünya
Gürcüstanda NATO təlimləri başlayır
Gürcüstanda 3-11 sentyabr tarixlərində NATO hərbçilərinin iştirakı ilə "Agile Spirit 2017" hərbi təlimlər başlayır.
Publika.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatına bildirilir. Təlimlər komanda-qərargah və səhra manevrlərinin keçirilməsini nəzərdə tutur.
Bu gün saat 12.00-da Axaltsixe rayonunda yerləşən "Orfolo"
poliqonunda "Agile Spirit 2017" hərbi təlimlərinin rəsmi açılış
mərasimi keçiriləcək. Tədbirdə ölkə prezidenti Georgi Marqvelaşvili
və müdafiə naziri Levan İsoriya iştirak edəcək.
ABŞ-ın dəniz piyadalarının da qatıldığı "Agile Spirit" təlimləri
yeddinci dəfə keçirilir.
Təlimlərin məqsədi gürcü hərbçilərin ABŞ və digər tərəfdaş
ölkələrin hərbçiləri ilə qarşılıqlı fəaliyyəti yaxşılaşdırmaq,
böhran hallara reaksiya verməyə hazır olmaq və NATO-nun çevik
qüvvələrinin tərkibində birgə əməliyyatlarda iştirak etmək.
Qeyd edək ki, bu ilki təlimlərdə NATO üzvü və tərəfdaşı olan
ölkələr - Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna
və Ermənistan hərbçiləri iştirak edəcək. Qeyd edək ki, artıq 500
amerikalı hərbçi artıq Gürcüstanda səfərdədir.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı