Amerika tankları Gürcüstana gətirildi
Bizi izləyin

Dünya

Amerika tankları Gürcüstana gətirildi

Amerika tankları və digər zirehli maşınlar "Agile Spirit 2017" təlimlərində iştirak etmək üçün Gürcüstana gətirilib.

Publika.az report.az-a istinadən bildirir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, "M1 Abrams" və LAV zirehli transportyorları da daxil olmaqla Amerika hərbi texnikası Qara dənizdəki Poti limanına gətirilib.

Texnika dəmir yolu vasitəsilə Samtsxe-Cavaxeti regionundakı Orfolo poliqonuna aparılacaq.
"Təlimlərin keçirilməsində məqsəd NATO çevik əməliyyat qüvvələrinin tərkibində birgə əməliyyatlarda iştirak etməyə hazır olmaqdır", - deyə məlumatda bildirilir.
Təlimlər sentyabrın 11-dən 3-dək keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm