Vertolyotdan paraşütsüz düşən əsgərdən xəbər yoxdur
Bizi izləyin

Dünya

Vertolyotdan paraşütsüz düşən əsgərdən xəbər yoxdur

Polis bu barədə açıqlama verməkdən imtina edib.

Belçika hərbi qüvvələrinin mühəndis batalyonunun əsgəri vertolyotdan yıxılaraq itkin düşüb.

Publika.az xəbər verir ki, ölkənin müdafiə nazirliyi itkin düşən əsgərin axtarışlarının davam etdiyini bildirib.

Hadisə Lyejin Ame əyalətində açıq qapı günü göstərilən şou zamanı baş verib. Hər kəs paraşütlə tullandığı halda həmin əsgərin paraşütü olmayıb.

Hazırda həmin ərazidəki meşəlikdə axtarışlar davam edir.

Yanğınsöndürən-xilasedicilər və polis bu barədə açıqlama verməkdən imtina edib.

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm