Kosmosa səyahət edən ən yaşlı qadın Yer kürəsinə qayıtdı
Bizi izləyin

Dünya

Kosmosa səyahət edən ən yaşlı qadın Yer kürəsinə qayıtdı

665 gün kosmosda qalıb.

Amerikalı qadın astronavt Peqqi Uitson kosmos stansiyasındakı vəzifəsini 288 gün sonra tamamlayaraq Yer kürəsinə qayıdıb.

Publika.az xəbər verir ki, 57 yaşlı astronavt iki həmkarı ilə birgə “Soyuz” kosmik gəmisi vasitəsilə Qazaxıstanda eniş edib.

P.Uitson missiyasını yerinə yetirərkən, ümumilikdə, 665 gün kosmosda qalıb. Bununla da o, “kosmosda ən uzun müddət qalan amerikalı” və “kosmosda ən uzun müddət qalan qadın” olub.

Kosmosda ən uzun müddət qalma rekordu isə rusiyalı kosmonavt Gennadi Padalkaya məxsusdur - 879 gün.

Uitson ilə birlikdə amerikalı astronavt Cek Fişer və rusiyalı kosmonavt Fyodor Yurçixin də kosmik səyahəti başa vuraraq geri qayıdıblar. Yurçixinin beş ayrı səyahətdə, ümumilikdə, 673 gün kosmosda qaldığı bildirilir.

“Kosmosa səyahət edən ən yaşlı qadın” olan 57 yaşlı Uitson, eyni zamanda, “kosmosa ən çox səyahət edən qadın”dır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm