Los Ancelesdə fövqəladə vəziyyət elan edildi
Bizi izləyin

Dünya

Los Ancelesdə fövqəladə vəziyyət elan edildi

Alovun söndürülməsinə mindən çox yanğınsöndürən cəlb olunub.

Kaliforniya ştatının qubernatoru Cerri Braun Los Anceles dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edib.

Publika.az xəbər verir ki, buna şəhər yaxınlığında tüğyan edən meşə yanğınları səbəb olub.

Los-Anceles və meqapolisə yaxın yaşayış məntəqələrindən azı 700 nəfər təxliyə edilib. Hazırda alov 25 kvadrat kilometr ərazini əhatə edir, azı 3 yaşayış evinə ziyan dəyib.

Alovun söndürülməsinə mindən çox yanğınsöndürən cəlb olunub. Havanın isti və küləkli olması yanğının söndürülməsində çətinliklər yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm