İnternetdə tanış olduğu kişi tərəfindən... - TÜKÜRPƏDƏN HADİSƏ - VİDEO
Bizi izləyin

Dünya

İnternetdə tanış olduğu kişi tərəfindən... - TÜKÜRPƏDƏN HADİSƏ - VİDEO

İngiltərənin Mançestr şəhərində dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, Mark Canavak internet üzərindən tanış olduğu Stiven Lund tərəfindən təzyiqlərə məruz qalıb. 51 yaşlı kişi dostlaşdığı Stiven ilə görüş təyin edir. Təyin olunan yerə gedən Mark dəhşətli hadisə ilə üzləşir.

Psixoloji problemləri olan Stiven əvvəlcə Markı isladaraq onu rezin dəyənəklə döyüb. Daha sonra isə bıçaq vasitəsilə bədənin müxtəlif yerlərini kəsib.

Mark özünə gəldiyində Stivenin onun boğazını kəsmək istədiyini görür. Markın qaçma ehtimalını nəzərə almayan Stiven onun əl-qolunu açıq qoyub. Fürsətdən istifadə edən Mark dərhal onun əlindən çıxaraq qaçıb.

Hadisə anbaan təhlükəsizlik kameralarına düşüb. Binadan çıxaraq dərhal yaxınlıqdakı xəstəxanaya gedən Mark hadisəni təhlükəsizlik xidmətinin əməkdaşlarına danışıb. Xəstəxanada Markın bədəninə 52 tikiş atılıb.

Polis araşdırması nəticəsində məlum olub ki, Stiven Lund 37 il əvvəl məhkum olunub və hazırda qaçaq olduğu üçün axtarılır. Saxlanılan Stiven 27 il müddətinə azadlıqdan məhrub edilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm