ABŞ İsraili sudan quru çıxardı: “İşğal faktları yalandır”
Bizi izləyin

Dünya

ABŞ İsraili sudan quru çıxardı: “İşğal faktları yalandır”

Amerika Birləşmiş Ştatlarının İsraildəki səfiri Devid Fridman İsrail mediasına verdiyi reportajla qalmaqala səbəb olub.

Publika.az xəbər verir ki, “Yerusəlim Post” qəzetinə müsahibə verən Fridman Fələstin torpaqlarının işğalının gerçək olmadığını deyib.

ABŞ Xarici İşlər Nazirliyinin sənədlərində “işğal edilmiş bölgələr” ifadəsinin heç bir qalmaqala səbəb olmayacaq şəkildə istifadə edilməsinə rəğmən, səfirin İsrail işğalının “sözdə işğal” olmasını deməsi ABŞ-ın xarici siyasətində İsrail və Fələstinə dair baxışın dəyişəcəyinin bir siqnalı olaraq şərh edilib.

Fridman İsraildəki ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürüləcəyini də iddia edib. “İki dövlətli həll” təklifinə qarşı çıxan Fridman siyasi arenada işğalçılara olan dəstəyi ilə tanınır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm