Tarixi məktub gün üzünə çıxdı: Obama Trampa nəyi vəsiyyət edib?
Bizi izləyin

Dünya

Tarixi məktub gün üzünə çıxdı: Obama Trampa nəyi vəsiyyət edib?

ABŞ-ın “CNN” xəbər kanalı Barak Obamanın yenicə prezident seçilən Donald Trampa yazdığı məktubunu yayımlayıb.

Publika.az xəbər verir ki, “CNN”in verdiyi məlumata görə, məktub əllə yazılıb və “Hörmətli Prezident” müraciəti ilə göndərilib. Maraqlısı odur ki, bu məktub iki prezident arasında son birbaşa əlaqə faktıdır.

Ənənəyə görə, ABŞ prezidentləri postlarında keçirdikləri son gündə xələfləri üçün məktub yazmalıdır. Bu ənənəyə sadiq qalan Barak Obamanın Donald Trampa olan məktubunu təqdim edirik:

“Sevgili Prezident,

Yarışdakı uğurunuzu təqdirəlayiq hesab edir və buna görə sizi təbrik edirəm. Milyonlarla insan sizə ümid bağladı və hansı partiyaya məxsus olması fərq etmədən sizin daha çox rifah və təhlükəsizlik ortamı yaratmağınıza inam bəslədi.

Prezidentlik postu tayı-bərabəri olmayan bir məqamdır. Burada uğura aparan açıq bir plan yoxdur. Buna görə də mənim verə biləcəyim hər hansı bir tövsiyənin yararlı olacağına əmin deyiləm. Buna baxmayaraq, son 8 ildən mənə qalan bir neçə fikri sizinlə bölüşmək istəyirəm.

İlk olaraq, hər ikimizin də fərqli yollarla da olsa, yaxşı bir tale ilə mükafatlandırıldığımızı bildirmək istəyirəm. Hər kəs bu qədər şanslı deyil. Çox işləməyi istəyən hər bir uşaq və ailə üçün uğur pillələri inşa etmək yolunda əlimizdən gələni etmək bizim əlimizdədir.

İkincisi, bu gün dünyada Amerikanın liderlik etməsi qaçınılmaz durumdur. Hərəkətlərimiz, nümunə olacaq rifahımız və təhlükəsizliyimizlə beynəlxalq balansı qorumaq da bizə bağlıdır.

Üçüncüsü, biz bu məqamın sadəcə müvəqqəti sakinləriyik. Bu bizi atalarımızın savaşdığı və uğruna qan axıtdığı demokratik qurumların və ənənələrin - hüququn üstünlüyü, güc ayrıseçkiliyi, bərabər haqlar və sivil azadlıqların qoruyucusu edir.

Son olaraq bildirmək istəyirəm ki, bütün bu problemlərin və yüklərin arasında ailənizə və dostlarınıza zaman ayırın. Onlar qaçınılmaz olan çətinliklərin öhdəsindən gəlməyinizə yardımçı olacaqlar.

Mişel və mən sizə və Melaniyaya bu macəra yolunda uğurlar arzu edir və edə biləcəyimiz hər cür yardıma hazır olduğumuzu bildirmək istəyirik.

Bol şans və Tanrı köməkyiniz olsun!”

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm