ABŞ-da "Harvi" qasırğası qurbanlarının sayı 60-a çatdı
Bizi izləyin

Dünya

ABŞ-da "Harvi" qasırğası qurbanlarının sayı 60-a çatdı

ABŞ-da daşqınlara gətirib çıxaran "Harvi" qasırğası qurbanlarının sayı 60 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə "Associated Press" Texas ştatının Fövqəladə Vəziyyət üzrə Departamentinə istinadən xəbər verib.

Texasın qubernatoru Qreq Ebbott bildirib ki, "Harvi" qasırğasının vurduğu zərər 150-180 milyard dollara çata bilər. Bundan əvvəlki məlumatda qasırğa zamanı 47 nəfərin öldüyü bildirilirdi.

"Harvi" son 12 il ərzində ABŞ ərazisində qeydə alınmış ən dağıdıcı qasırğadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm