İsraillə Livan QARŞI-QARŞIYA: 20 ilin ən böyük manevri gerçəkləşəcək
Bizi izləyin

Dünya

İsraillə Livan QARŞI-QARŞIYA: 20 ilin ən böyük manevri gerçəkləşəcək

İsrail ordusu son 20 ilin ən böyük hərbi manevrini etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, manevrin Hizbullah təşkilatına qarşı böyük bir hücum olduğu bildirilib. İkinci məqsəd isə Hizbullah militanlarının İsrail sərhədindən keçmələrinin qarşısını almaqdır.

İsrail mediasında yayılan məlumata görə, İsrail Kəşfiyyat Xidmətinin keçmiş sədri Meyr Daqanın adını daşıyan hərbi manevrlər Livan sərhədində aparılacaq, Şimali İsrail Müdafiə Komandirliyi tərəfindən idarə ediləcək.

Minlərlə muzdlu əsgərin qatılacağı hərbi manevrlər 11 gün davam edəcək. İsrail ordusu hava, quru, dəniz qüvvələri ilə hücuma keçəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm