"ABŞ-ın ən böyük şairi dünyasını dəyişdi
Bizi izləyin

Dünya

"ABŞ-ın ən böyük şairi dünyasını dəyişdi

Amerikalı şair və tənqidçi Con Eşberi dünyasını dəyişdi.

İlkin məlumata görə, 90 yaşlı şair yaşı ilə bağlı səhhətində yaranan halsızlıqdan sonra evində ölüb.

Qeyd edək ki, 1927-ci ildə Nyu-Yorkda dünyaya gələn Con Eşberi 1976-cı ildə "Pulitser" poeziyası mükafatına layiq görülüb və həmçinin ədəbiyyat üzrə Nobel mükafatı namizədi olub.

Sürrealist cərəyanın üzvü olan Eşberi "Birləşmiş Ştatların ən böyük şairi" titulunu daşıyırdı.

Eşberi1950-1960-cı illərdə Nyu Yorkda təşəkkül tapan postmodern şeirin ən tanınmış nümayəndələrindən idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm