Rusiyada məktəbdə dəhşətli atışma: yaralılar var - VİDEO
Bizi izləyin

Dünya

Rusiyada məktəbdə dəhşətli atışma: yaralılar var - VİDEO

Moskvaətrafı İvanteyevkada yerləşən məktəblərdən birində silahlı insident baş verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bir yeniyetmə odlu silahdan atəş açıb.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Onların sayı dəqiqləşdirilməyib.

Silahlı şəxs saxlanılıb. Agentliyin həmsöhbətinin sözlərinə görə, hazırda məktəblilər və müəllimlər binanı tərk edirlər.

Öz növbəsində, SİTA agentliyi Daxili İşlər Nazirliyinin Moskva üzrə idarəsinə istinadən bildirir ki, yeniyetmə məktəbdə pnevmatik silahdan atəş açıb.

“İnterfaks” isə öz mənbələrinə istinadən məktəbdə hər hansı atışmanın olmadığını yazıb. Agentlik xəbər verir ki, şagird müəlliməyə çəkiclə hücum edib. Məlumata görə, qadın reanimasiyaya yerləşdirilib. Bildirilir ki, şagirdlərin bəziləri qorxudan məktəbin pəncərələrindən tullanıblar. Onlardan üçü travmalar alıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm