Banqladeşə keçən müsəlmanların sayı 90 mini ötdü - VİDEO
Bizi izləyin

Dünya

Banqladeşə keçən müsəlmanların sayı 90 mini ötdü - VİDEO

Myanmanın (Birma) qərbində yerləşən Arakan ştatında "dünyada ən çox qovulan xalq” olan müsəlman-rohincalar yaşayırlar. Son günlərdə medianın gündəmində olan müsəlmanların qətliamından sonra Myanmada ard-arda iki partlayış baş verib.

Publika.az xəbər verir ki, ölümdən qaçan Arakan müsəlmanların Banqladeş sərhədlərini keçmək istədiyi anda güclü partlayış olub. Banqladeş sərhədi yaxınlığındakı partlayışların ardından eşidilən silah səsləri insanlara vahiməli anlar yaşadıb.

Banqladeş sərhəd xidmətlərindən verilən məlumata görə, partlayış nəticəsində 1 qadın ayaqlarını itirib. Partlayışa səbəb isə sərhədə yaxın ərazilərə düzülmüş minalar olub. Hər şeyə rəğmən Banqladeşə keçən müsəlmanların sayı 90 mini keçib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm