Suriya ordusu üçillik mühasirəni yardı
Bizi izləyin

Dünya

Suriya ordusu üçillik mühasirəni yardı

Suriya ordusu və müttəfiqləri Deyr-ez-Zor şəhərində İŞİD terror qruplaşmasının 3 illik mühasirəsini yarıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Suriya ordusu ilə döyüşlərdə iştirak edən Livanın “Hizbullah” təşkilatına yaxın mənbə bildirib.

Mühasirə şəhərin cənubi-qərb istiqamətində yarılıb. Mənbənin sözlərinə görə, şəhərin mühasirədən tamamilə çıxarılmasından danışmaq hələ tezdir. Ancaq o, bunun yaxın günlərdə baş verə biləcəyini deyib.

Hazırda Suriya ordusu və müttəfiqləri Deyr-ez-Zordan 35-40 kilometr cənubda İŞİD-ə qarşı sərt döyüşlər aparırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm