Ölkədə kasıb ailələrlə bağlı STATİSTİKA AÇIQLANDI
Bizi izləyin

Dünya

Ölkədə kasıb ailələrlə bağlı STATİSTİKA AÇIQLANDI

Kasıb ailələrin 60 faizini uşaqlı ailələr təşkil edir.

Rusiyada kasıb ailələrin yarıdan çoxunu uşaqlı ailələr təşkil edir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın əmək və sosial müdafiə naziri Maksim Topilin Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda deyib.

“Kasıb ailələrin 60 faizini uşaqlı ailələr təşkil edir. Bu məsələni həll etmək lazımdır. Söhbət yalnız ödəmələrdən deyil, həm də infrastrukturun inkişafından gedir. Əgər ana uşaq bağçasının xidmətlərindən istifadə edə bilsəydi, işləyə və daha az kasıb olardı”, - Topilin bildirib.

Daha əvvəl Hesablama Palatasının sədri Tatyana Qolikova bildirmişdi ki, cari ilin birinci rübündə gəlirləri yaşayış minimumdan aşağı olan vətəndaşların sayı 2 milyon nəfər artıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm