“İnəklərin müdafiəçiləri”nə qarşı kampaniya BAŞLADI
Bizi izləyin

Dünya

“İnəklərin müdafiəçiləri”nə qarşı kampaniya BAŞLADI

Hindistan Ali Məhkəməsi ölkə hökuməti və ştatların hakimiyyətlərini “inəklərin müdafiəçiləri” tərəfindən həyata keçirilən məhkəməsiz həyata keçirilən divanlara son qoymaq üçün tədbirlər görməyə çağırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ali Məhkəmə inəklərin müdafiəsi altında məhkəməsiz cəzalandırılmaya son qoyulmalı olduğunu bildirib.

Ali Məhkəmənin üç hakimdən ibarət komissiyası ştatların hakimiyyətinə qanunsuz divanların qarşısının alınması üçün hər dairədən bir polis zabitinin təyin edilməsi barədə göstəriş verib. Həmçinin hakimiyyət “inəklərin müdafiəçiləri” tərəfindən divanların təşkil edildiyi avtomagistrallarda patrul keşiyi təşkil etməli olacaq.

Qeyd edək ki, İnduizmdə inəklər müqəddəs heyvan hesab edilir. Belə ki, ölkə konstitusiyası da inək və buzovların kəsilməsinin qadağan edilməsi üzrə tədbirlər görməyi əmr edir.

Ancaq heyvanların hüquqi müdafiəsinin dərəcəsi ştatdan-ştata dəyişir. Bundan başqa, hətta inəklərin müdafiəsi məsələsində ciddi qanunların olduğu ştatlarda tez-tez qeyri-leqal sallaqxanalara rast gəlinir. Buna görə də özlərini “inəklərin müdafiəçisi” adlandıran və induizmin ən fanatik davamçıları olanlar qruplar formalaşdıraraq inək əti istehlak edənlər üçün divan təşkil edirlər.

2014-cü ildə Bharatiya Canata Partiyasının (BCP) hakimiyyətə gəlməsindən sonra belə qrupların sayı gözəçarpacaq dərəcədə artıb. Problem cəmiyyətdə geniş müzakirə edilir. Olkə hakimiyyəti, hakim partiyanın nümayəndələri, həmçinin baş nazir Narendra Modi “inəklərin müdafiəçiləri” qruplarının hərəkətlərini pisləyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm