• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

ABŞ İncirliyə 30 milyon dollar ayırdı

  • Dünya
  • 7 Sentyabr 2017 10:09
ABŞ İncirliyə 30 milyon dollar ayırdı

ABŞ-ın Suriyadakı YPG terror təşkilatına silah yardımı etməsi iddiası ilə ləğv edilməsi gözlənilən İncirlik hərbi bazası problemi sürpriz bir formada başa çatıb.

Publika.az xəbər verir ki, ABŞ Hava Qüvvələri hərbi bazanın nəinki ləğv edilməsini önləyib, hətta modernizasiyası üçün Vaşinqton rəhbərliyindən vəsait ayrılmasını da istəyib.

Plana əsasən, ABŞ İncirlik bazasının yenilənməsi üçün 2018-ci il büdcəsindən 30 milyon dollar ayıracaq. Bazadakı 216 əsgər üçün yeni düşərgə inşa ediləcək. Təsislərdə heyətin müdafiə əməliyyatlarına sürətlə başlaması və mərkəzlə dərhal əlaqə saxlaya bilməsi üçün yeni işlər görüləcək.

Qeyd edək ki, İraqı hədəf alan əməliyyatlarda önəmli payı olan İncirlik bazası ABŞ-ın Əfqanıstan əməliyyatında depo məqsədilə istifadə edilib. Bu baza Suriyada İŞİD-ə qarşı təşkil edilən əməliyyatlarda NATO müttəfiqlərinə də ev sahibliyi edir.

Zümrüd

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR