Hamilə qadının intiharının ŞOK SƏBƏBİ - - FOTO/VİDEO
Bizi izləyin

Dünya

Hamilə qadının intiharının ŞOK SƏBƏBİ - - FOTO/VİDEO

Qadın özünü xəstəxananın 5-ci mərtəbəsindən ataraq intihar edib.

Çində hamilə qadına qeysəriyyə əməliyyatına icazə verilməməsi faciə ilə nəticələnib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qadın intihar edib.

Hadisə avqustun 31-də Şensi əyalətinin xəstəxanasında baş verib. Həkimlər hamiləliyin 41-ci həftəsində olan 26 yaşlı çinlini qeysəriyyə əməliyyatı keçirməyi məsləhət gördülər. Çünki uşağın başı çox böyük idi və təbii doğuş böyük risklə müşayiət oluna bilərdi. Ancaq tibb personalı əməliyyat üçün pasiyentin ailə üzvlərindən icazə almalı idi.

Qadın dözülməz ağrılardan şikayət edərək qohumlarından qeysəriyyə əməliyyatına icazə almaq üçün dəfələrlə xahiş edib. Amma o, rədd cavabı alıb. Bundan sonra qadın özünü xəstəxananın 5-ci mərtəbəsindən ataraq intihar edib. Onun bətnindəki uşaq da ölüb.

Sosial şəbəkələrin istifadəçiləri qadına müstəqil qərar qəbul etməyə icazə verilməməsinə görə hiddətləniblər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm