"İrma" qasırğası zamanı ölənlərin sayı 10 nəfərə çatdı
Bizi izləyin

Dünya

"İrma" qasırğası zamanı ölənlərin sayı 10 nəfərə çatdı

Yolların 90 faizi keçilməz hala düşüb.

Fransanın dənizkənarı ərazilərində cərəyan edən "İrma" qasırğası nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Publika.az xəbər verir ki, Sen-Bartelemi və Sen-Marten dənizkənarı ərazilərində təbii hadisə zamanı daha 23 nəfər xəsarət alıb. Qeyd olunur ki, Böyük Britaniyanın da dənizkənarı ərazisi olan Angilya adasında azı bir nəfər qasırğanın qurbanı olub. Fövqəladə Hallar üzrə Karib agentliyinin məlumatında bildirilir ki, adadakı yolların 90 faizi keçilməz hala düşüb.

Barbuda adasında isə 2 yaşlı körpə qasırğanın qurbanı olub. O, valideynləri uçmuş evi tərk etməyə çalışarkən ölüb.

Qeyd edək ki, bundan əvvəlki məlumatda qasırğa zamanı 8 nəfərin həlak olduğu bildirilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm