• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Kiyevin mərkəzində avtomobil partladı - ÖLƏNİN FOTOLARI YAYILDI (YENİLƏNDİ)

  • Dünya
  • Xəbərin vaxtı: 8 Sentyabr 2017 20:09    Yeniləndi: 8 Sentyabr 2017 23:51
  • 655 Baxış
Kiyevin mərkəzində avtomobil partladı - ÖLƏNİN FOTOLARI YAYILDI (YENİLƏNDİ)

Kiyevdə avtomobilin partlaması nəticəsində bir nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

Ölən şəxsin Donbassda xidmət etdiyi, vaxtilə Şamil Basayevin ölümündə əli olan çeçen əsilli kəşfiyyatçı Timur Maxauri olduğu bildirilir. Donbassda ruslara qarşı vuruşan Timur Çeçenistan prezidenti Ramzan Kadırovun düşmənlərindən sayılır.

***

Ukraynanın paytaxtı Kiyevin mərkəzindəki Bessarabskaya meydanının yaxınlığında avtomobil partlayıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində zərərçəkənlər var.

Məlumata görə, partlayış nəticəsində avtomobil tamamilə dağılıb. Maşının salonunda olan qadın yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR