Dünya
ABŞ-ı qasırğa fəlakətinə sürükləyən 75 ildir evli olan bu cütlük imiş
“İrma” və “Harvey” qasırğalarının Atlantik okeanını və Amerika qitəsini təsiri altına salması 75 ildir evli olan İrma və Harvey cütlüyünü təəccüb içində qoyub.
Publika.az xəbər verir ki, 92 yaşlı İrma və 104 yaşlı Harvey okeanda baş verənlərin sadəcə bir təsadüf olduğuna və onlarla heç bir əlaqəsi olmadığına inanmaq istədiklərini deyib.
Vaşinqton əyalətinin Spokan şəhərində yaşayan cütlük adlarının hər gün dəfələrlə televiziya kanallarında səsləndirilməsinə təəccübləndiklərini deyib.
İlk təyyarəni görmələri, Nil Armstronqun Aya addım atması, Con Kennedinin sui-qəsdi belə onları İrma və Harvey qasırğası qədər təəccübə uğratmayıb.
Artıq bütün dünya mediasında adı çəkilən cütlüyün hətta qasırğaların baş verməsinə səbəb olması iddiaları irəli sürülür. Lakin ömür boyu faydalı işlər görən, 120 fiziki və əqli cəhətdən çatışmazlıqları olan insana evini açan cütlüyün fəlakətlərdə adlarının çəkilməsi onları çox narahat edir.
“İrma” və “Harvey”in yol açdıqları fəlakətlərə baxılanda bu iki qasırğanın bir daha bərabər baş qaldırması gələcəkdə bir daha gerçəkləşməyəcək. Çünki qasırğalar həyatının zirvə nöqtəsini yaşadıqdan sonra tarixə qovuşur və adları dəyişdirilir.
Qeyd edək ki, Dünya Meterologiya Departamenti 1979-cu ildən etibarən Atlantik okeanında baş verən qasırğalara sıra ilə qadın və kişi adları qoyur.
Zümrüd
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!